“Şimali Koreya İspaniya, Honq-Konq və bir sıra Afrika ölkələrindəki diplomatik nümayəndəliklərini bağlamaq istəyir”.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazır ki, hadisələrin bu cür inkişafı ilə yaxın gələcəkdə KXDR-in dünyadakı səfirliklərinin 25 faizi bağlana bilər.
Nəşr qeyd edir ki, ötən həftə Şimali Koreya səfirləri Anqola və Uqanda rəhbərliyinə vida səfərləri edib. Bu ölkələr 1970-ci illərdən bəri KXDR-lə hərbi əməkdaşlığı davam etdirir. Səfirliklərin bağlanması son onilliklərdə KXDR üçün ən böyük xarici siyasət şoklarından biri ilə nəticələnə bilər.
Bir sıra ekspertlər diplomatik nümayəndəliklərin bağlanmasının səbəbləri kimi beynəlxalq sanksiyaları və KXDR-in qlobal əməkdaşlıqdan kənarlaşdırılması tendensiyalarını göstərir.
Azpost.info