Sinan Oğan “Qalatasaray”-“Fənərbaxça” oyununun Xankəndidə keçirilməsini təklif edib

“Qalatasaray” ilə “Fənərbaxça” arasında Türkiyə Superkubok matçının Azərbaycanın Xankəndi şəhərində keçirilməsi təklif edilib.

Bu təkliflə türkiyəli siyasətçi Sinan Oğan çıxış edib.

“X” platformasında paylaşım edən siyasətçinin sözlərinə görə, əgər oyunun xarici ölkədə keçirilməsi şərtdirsə, o zaman adıçəkilən oyun Xankəndi şəhər stadionunda keçirilsin: “Əks halda, bu final Türkiyənin paytaxtına yaraşır”.

Qeyd edək ki, superkubok oyunu dünən Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin bəzi qadağalar səbəbindən komandalar oyuna çıxmaqdan imtina edib.

Xatırladaq ki, Sinan Oğan Türkiyəki sonuncu prezident seçkilərində namizədlərdən biri olub(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.