"Şirvan Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgərlərin gətirilməsi xəbəri yalandır" - "Siyahı" təkzib olundu, polis araşdırma aparır
Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
TƏBİB-in departament müdiri Aygün Əliyeva bildirib ki, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qələbəmizlə yekunlaşan Vətən müharibəsində yaralanan hərbçilərimiz var və onlar müvafiq olaraq müayinə və müalicə olunurlar: “Lakin həmin hərbçilərimizin yaddaşları ilə bağlı hər hansı bir problem yoxdur. COVID-19 pandemiyası ilə əlaqədar yaxınları ilə görüşmək imkanları məhdudlaşdırılsa da, mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayırlar. Bir daha belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə, sosial şəbəkə istifadəçilərini isə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq. Bu həssas dövrdə həqiqəti əks etdirməyən, dəqiqləşdirilməmiş məlumatları yaymaqla hərbçilərin ailələrinə qarşı mənəvi haqsızlıq etməməyi xahiş edirik. Onu da qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Əlaqəli xəbərlər
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
-
Giləzi-Quşçuluq" MMC-nin rəhbərliyi həbs edilib - RƏSMİ AÇIQLAMA
Növbəti xəbər yüklənir...