Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin də meyiti tapıldı

Ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun və Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.

Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə batıb. Dənizdə boğulanlar Zarat kənd sakinləri Manafov Mehdi Elgün oğlu, Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini Əhmədov Nemət Əbdül oğludur.

Əvvəlki məqalə

Puşkinin sağlığında çap olunmuş kitabı hərraca çıxarılıb

Sonrakı məqalə

“Zelenski ilə müharibənin dayandırmaq yolunu müzakirə etdik” –