Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti açıqlanıb

Oktyabrın 16-sı, saat 08:20-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər (2 qadın, 3 kişi) hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, onlardan bir nəfər 1989-cu il təvəllüdlü qadın çənə sümüyünün sınığı diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

1988-ci il təvəllüdlü digər qadın isə döş qəfəsinin küt travması, başın təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.

Qəzada xəsarət alan 2000-ci il təvəllüdlü kişiyə isə sağ əlin daraq sümüyünün sınığı diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

1966-cı il təvəllüdlü şəxsə (kişi cinsi) sol əlin daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi” diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir.

1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə sol üz nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.