Siyahıya alınan Qərbi azərbaycanlıların sayı- AÇIQLANDI

Yüz mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub və bu proses davam edir.

Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, Qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Hər gün 250-300 Qərbi azərbaycanlı İcmada qeydiyyata alınmaq üçün təşəbbüs göstərir.

Əslən indi “Ermənistan” adlanan ərazidən olan soydaşlarımızın da qeydiyyata alındığını bildirən Ü.Zülfiqar deyib ki, 1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, ondan əvvəl köçməyə məcbur edilənlər və onların varisləri arasında da qeydiyyata alınanlar var.

O, həmçinin vurğulayıb ki, “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən təkliflər göndərilib və bu təkliflərin hər biri qeydə alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.