Mayın 15-də silahlı hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır və onun sağalmasının nə qədər vaxt aparacağını proqnozlaşdırmaq mümkün deyil.
Azpost.info xəbər verir ki, bunu Baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak deyib.
“Fitsonun orqanizmi hələ də həyata keçirilən cərrahi əməliyyatlara və fərdi tibbi prosedurlara ağrılı reaksiya verir. Yalnız onun sağlamlıq vəziyyəti intensiv müalicə mərhələsindən reabilitasiya mərhələsinə keçəndə proqnoz vermək mümkün olacaq. Sağalması üçün nə qədər vaxt lazım olacağına gəlincə, bu gün bunu demək hələ mümkün deyil”, – o bildirib.
Kalinyak ümid etdiyini bildirib ki, Fitso tezliklə sağalaraq hökumətin işinə qoşulacaq. “Biz hamımız inanırıq ki, o, mümkün qədər tez iş prosesinə daxil olacaq”.
Azpost.info