Slovakiya Baş nazirinin vəziyyəti açıqlanıb

Mayın 15-də güllənən Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti yaxşılaşır.

Azpost.info xəbər verir ki, bu barədə Fitsonun aparıldığı xəstəxananın rəhbərliyi öz “Facebook” səhifəsində məlumat yayıb.

“Bu gün keçirilən konsultasiyadan sonra məlumat verə bilərik ki, xəstənin vəziyyəti stabildir. Onun kliniki vəziyyəti yaxşılaşır, həkimlərlə danışır, iltihablı prosesləri göstərən göstəricilər getdikcə azalır”, – məlumatda deyilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.