“Slovakiya Rusiya qazının pulunu avro ilə ödəyəcək” –Baş nazir

“Qazprom”la əvvəllər bağlanmış müqavilələrə əsasən, Slovakiya Rusiya qazının pulunu avro ilə ödəyəcək.

Azpost.info xəbər verir ki, bu barədə baş nazir Eduard Heger açıqlama verib. “Slovakiyanın qaz sənayesi Rusiyanın “Qazprom” şirkəti ilə uzunmüddətli müqavilə bağlayıb. Mövcud razılaşmalara və Avropa Komissiyasının tövsiyələrinə uyğun olaraq qazın haqqını avro ilə ödəməyə davam edəcəyik”, – baş nazir deyib.

Heger əlavə edib ki, Slovakiya Rusiya qazının tədarükünün məhdudlaşdırılmasına hazırdır. Rusiya Slovakiyanın təbii qaza olan tələbatının 85-87 faizini təmin edir.

Azpost.info

Əvvəlki məqalə

Polşada Rusiya kəşfiyyatına işləyən casuslar həbs edilib

Sonrakı məqalə

Avropa İttifaqı Ukrayna ilə bağlı rüsumların ləğvinə hazırlaşır –