Slovakiya Ukraynanı Krım və Donbasdan imtina etməyə çağırdı- Baş nazirdən AÇIQLAMA

Ukrayna müharibəni dayandırmaq üçün işğal etdiyi ərazilərini Rusiyaya verməli və NATO üzvlüyündən imtina etməlidir.

Azpost.info xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso bildirib.

“Bir növ kompromis olmalıdır. Onlar nə gözləyirlər ki, ruslar Krımı, Donbası, Luqanski tərk edəcəklər? Bu qeyri-realdır”, – Fitso deyib.

O, həmçinin bildirib ki, Slovakiya Ukraynanın NATO-ya üzv olmaq üçün müraciətinə mane olacaq.

Fitso yanvarın 24-də Ujqorodda keçiriləcək iclasda bu barədə Ukraynanın Baş naziri Denis Şmıqala məlumat verəcəyini deyib: “Mən ona deyəcəyəm ki, veto qoyacağam və Ukraynanın NATO-ya üzvlüyünə mane olacağam, çünki bu, üçüncü dünya müharibəsinə aparan yoldur, başqa heç nə”.

Robert Fitsonun sözlərinə görə, Slovakiya bundan sonra Ukraynaya silah tədarük etməyəcək, lakin kommersiya silahlarının tədarükünə müdaxilə etməyəcək.

Fitso Slovakiyada hakimiyyətə dekabrda keçirilən parlament seçkilərində qalib gəldikdən sonra gəlib. O, Kreml xətti ilə gedən rusiyayönlü siyasətçi hesab olunur.

Azpost.info

Əvvəlki məqalə

Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür

Sonrakı məqalə

“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edildi