Sloveniya parlamentinin aşağı palatasının deputatları Fələstinin müstəqil dövlət kimi tanınmasına səs veriblər.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fələstinin tanınması ilə bağlı səsvermədə 53 nəfər iştirak edib. 52 deputat lehinə (tanınmasına) səs verib, əleyhinə səs verən olmayıb.
Beləliklə, Sloveniya Fələstini müstəqil və suveren dövlət kimi tanıyıb.
Azpost.info