Soçidə Ərdoğanla Putin arasında görüş başlayıb

29 Sentyabr 2021 - 14:51

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başlayıb.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Soçidə keçirilir.

Kremlin məlumatında bildirilirdi ki, Rusiya və Türkiyə liderlərinin görüşdə Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan bu gün Rusiyaya işgüzar səfər edib.