Soçidə Putin və Ərdoğanın təkbətək görüşü 3 saat davam edib

29 Sentyabr 2021 - 17:55

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Soçidə şəhərindəki “Boçarev Ruçey” iqamətgahında keçirilən Rusiya və Türkiyə liderlərinin təkbətək görüşü təxminən 3 saat davam edib.

V. Putin Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən danışıb.

O bildirib ki, ətrafındakı insanlar təkrar vaksinasiya olmadıqları üçün yoluxublar. Ərdoğan Putindən vaksin olunandan sonra antitel göstəricilərinin sayını soruşub. Putin dəqiq xatırlamasa da, antitel göstəricisini 16 olduğunu söyləyib. Ərdoğan isə bu göstəricinin çox aşağı olduğunu söylədikdə isə Putin antitel göstəricisinin Rusiyada fərqli hesablandığını bildirib.