Rusiyada Marqarita Simonyanı da öldürmək istəyiblər

Rusiyada FTX-nın saxladığı dəstə “Sputinik” Agentliyinin baş direktoru Dmitri Kiselyovu və baş redaktor Marqarita Simonyanı öldürməyi də planlaşdırıblar.
Azpost.info bildirir ki, bu barədə FTX-nın açıqladığı əməliyyat videogörüntülərində saxlanan şəxslərdən biri deyib.
Onun sözlərinə görə, daha bir neçə jurnalistə sui-qəsd hazırlanıbmış. “Təbliğatla məşğul olan şəxslərin, Solovyovun, Kiselyovun, Skabayevanın, Popovun, Keosyanın və Simonyanın qətli müzakirə edilib”.
Saxlanılanlar deyiblər ki, tapşırığı Ukrayna Xüsusi Xidmətindən alıblar. Onlar Solovyovu qısa müddətdə aradan götürməyə cəhd ediblər. Bundan başqa dəstə  hərbi komissarlıqları da yandırmağa hazırlaşıb.
Əvvəlki məqalə

Sumqayıtda səs yazısı yayılan direktor müavini işdən çıxarılıb

Sonrakı məqalə

Rusiya Almaniyanın 40 diplomatını ölkədən qovub