Son sutkada 201 nəfər COVID-19-dan sağalıb-115 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

Ölkədə son sutka ərzində 6582, hazırkı dövrədək isə 2446300 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycana koronavirus əleyhinə daha 648 000 doza peyvənd gətirilib

Sonrakı məqalə

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan 124 nəfər saxlanılıb