Son üç ayda vətəndaşlar DİN-ə 6314 mesaj yazıb

Bu ilin üç ayı ərzində Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinin mesaj bölməsinə ümumilikdə 6314 müxtəlif məzmunlu müraciət daxil olub.

Azpost.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Onlardan 5187-si ətraflı cavablandırılıb, 1127-si isə qeydiyyata alınmaqla araşdırılması üçün aidiyyəti üzrə polis orqanlarına yönləndirilib. Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən 500-ə yaxın təşəkkür məktubları daxil olub.

Açıqlamada deyilir ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə nazirliyin sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir. Bu müddətdə səhifələrin ümumi izləyici sayı 400 mindən artıqdır.

Gün ərzində vətəndaşlar tərəfindən səhifələrin mesaj və rəy bölmələrinə yazılan suallar və müraciətlərin hər biri ayrı-ayrılıqda cavablandırılır, müvafiq izahlar verilir. Polisin fəaliyyəti ilə bağlı araşdırılmasına ehtiyac duyulan müraciətlər qeydiyyata alınır, əksəriyyəti yerində həllini tapır. Polisin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti üzrə istiqamətləndirilir.

 

 

Əvvəlki məqalə

Ötən gün ölkədə koronavurisa yoluxanların sayı açıqlandı

Sonrakı məqalə

Şamaxı Rəsədxanası Ramazanın aprelin 3-də başlayacağını deyənlərə cavab verib