Soros, Rokfeller ABŞ-dan İranla nüvə danışıqlarının bərpasını tələb edir –Məxfi yazışmalar üzə çıxdı, gizli iclasda hansı tapşırıqlar verilib?

Corc Soroc, Rokfeller və Çarlz Kox tərəfindən maliyyələşdirilən insan haqları üzrə qurumlar gizli şəkildə İranla nüvə sazişi ilə bağlı danışıqların bərpa olunması üçün lobbiçilik edirlər. 

Azpost.info bildirir ki, bu barədə “The Washington Free Beacon”  saytı məlumat yayıb.

Saytın əlinə həmin koalisiya fəallarının yazışmaları keçib.

“J Street”, “NIAC Action”, “Open Society Foundations”, “Human Rights Watch” və “Rokfeller qardaşları Fondu“ndan təşkil olunan bu koalisiya ABŞ qanunverici orqanına təzyiq göstərərək insan haqları üzrə qanun layihəsindən istifadə olunmaqla İranla nüvə sazişi danışıqlarının bərpa olunmasını istəyir.

Bu barədə qrup üzlərinə yanvarda göndərilən elektron məktubda deyilib.

Qrup fəalları iki istiqamətli qanunvericilik layihəsi ilə demokratların sazişlə bağlı danışıqlarını “örtməyi”planlaşdırırlar.

Amma nüvə danışıqlarının necə bərpa olunacağı məlum olmur.

Bu xəbər İranda etirazların sərt yatırılması ilə bağlı ABŞ senatorlarından sanksiyaların sərtləşdirilməsini tələb edən  ictimai təzyiqin artması fonunda yayılıb.

Təqdim olunan strategiya onu təsdiq edir ki, nüvə sazişinin ən sadiq tərəfdarları belə etiraf edirlər ki, onların diplomatik mövqeyi siyasi baxımdan toksik hal alıb. Odur ki, nüvə danışıqlarının bərpa olunmasını istəyən siyasətçilər İranda baş qaldırmış insan hüquqları ilə bağlı etiraz hərəkatına dəstək nümayiş etdirməlidirlər.

Tehranın etiraz hərəkatını sərt şəkildə yatırması Bayden administrasiyasını nüvə sazişi ilə bağlı cəhdlərini çətinləşdirib. Amma saziş tərəfdarları hesab edirlər ki, bütün buna baxmayaraq danışıqlar davam etdirilməlidir.

Bu kampaniya iştirakçılarının strategiyası ötən ilin dekabırnda Nyu-Yorkda keçirilmiş xüsusi sammitdə formalaşdırılıb. Bura İranla nüvə danışıqlarını dəstəkləyən senatorlar arasında insan hüquqları haqqında qanun layihəsinin yayılması daxildir. Belə “siyasi örtük” qanunvericilərə İranla danışıqların yenidən başlanması üçün Bayden administrasiyasına müraciət məktubunu imzalamağa imkan verəcək.

Belə göstəriş almış bir sıra qrup üzvləri İranla danışıqların bərpa olunması çağırışı ilə məqalələr yazıblar.

Avropa Şurasından Ell Geranmaye Kox tərəfindən maliyyələən Kuinsi İnstitutu üçün belə bir yazı yazıb: “Qərb paytaxtları öz cəmiyyətlərindən İranın etirazçılar üzərində zoraklığı ilə əlaqadar nüvə danışıqlarından imtina etməyi tələb edən çağırışlar qarşısında qalıblar. Avropa və ABŞ bu təzyiqə boyun əyməməlidirlər. Qərbə nüvə danışıqları üçün bombalar və sanksiyalar deyil, diplomatik yolun bərpası imkanları qalır.  Bu həm Qərb üçün həm də İran xalqı üçün ən yaxşı nəticədir”.

Elektron yazışmada adı olan Silahlar üzrə nəzarət Assosiyasının nümayəndəsi Kelsi Devenport da dekabrda analoji məqalə ilə çıxış edib: “İranda dinc nümayişlərin sərt şəkildə yatırıdıdığı bir zamanda Tehranla danışıqlar aparmaq cəlbedici variant deyil. Amma nüvə silahı əldə edəcək İran rejimi İran xalqı, ABŞ və regiondakı müttəfiqləri üçün böyük təhlükə yaradır”.

“Human Raytç Votç” bu lobbi təşəbbüsünü şərh etməkdən imtina edib.

Elektron məktubda müzakirə olunan qanun layihəsi ABŞ Nümayəndələr Palatasının ötən həftə səs çoxluğu ilə qəbul etdiyi İranda insan haqları pozuntularını mühakimə edən Qətnamə ilə bağlı deyil. Mənbə bildirib ki, amma hazırlanan qanun layihəsi prodiplomatik strategiyaya yardım edəcək. Bu qanun layihəsi senatorlara rejimə qarşı konkret addımlar atmadan İranı tənqid etməyə imkan verəcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.