“Sosial şəbəkələri bloklamaqla bağlı qərar verməmişik” –LUKAŞENKO

““YouTube” və xarici sosial şəbəkələr Belarusun təhlükəsizliyinə ciddi ziyan vurarsa, gələcəkdə onlar bloklana bilər. Lakin hələlik belə bir qərar yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib. Onun fikrimcə, iri media resurslarının bloklanması məsələsinə son dərəcə ehtiyatlı yanaşmaq lazımdır: “Ehtiyatlı olmalıyıq ki, sonradan başımızı tutmayaq. Öz resurslarımızı inkişaf etdirməliyik. Bunu necə edəcəyimizi bilirik”. Lukaşenko qeyd edib ki, Belarus hökuməti hələlik bu platformaları bloklamayacaq. Lakin ruslarla birlikdə yerli analoqların inkişafına diqqət yetirəcək. Azpost.info

Əvvəlki məqalə

Mərkəzi Bank Rusiya qızılının saxlanıldığı yeri açıqladı

Sonrakı məqalə

Şoyqu və Zakir Həsənov Qarabağdakı vəziyyəti müzakirə edib –