Sosial yardım üçün müraciət edənlərin sayı kəskin artıb –NAZİRLİK

Azərbaycanda ünvanlı sosial yardım üçün müraciət edən və bu yardım alanların siyahısına düşən ailələri sayı kəskin artıb.

Bu barədə Fed.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, İlham Əliyevin tapşırığına uyğun olaraq ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, təyinatın sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər nəticəsində ünvanlı yardıma dühən ailələrin sayında kəskin artım baş verib.

Belə ki, son 10 gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9100 ailə artıb. Hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır. Hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb.

Qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Xatırladaq ki, ünvanlı yardım o ailələrə verilir ki, ailədə adambaşına gəlir 160 manatdan az olsun. Ünvanlı yardımın məbləği elə hesablanır ki, adambaşına gəlir 160 manata çatsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“712 manatdan aşağı maaş alanların əməkhaqqı tam ödəniləcək” –

Sonrakı məqalə

Mikayıl Cabbarov hər bir sahibkara ödəniləcək yardım məbləğini açıqladı