Sovet diktoru Levitanın Stalinin ölüm xəbərini verdiyi nadir səs yazısı –VİDEO

“Youtube”də nadir səs yazısı yayımlanıb. 

Azpost.info bildirir ki, səs yazısında əfsanəvi diktor Levitan radio vasitəsilə SSRİ-nin rəhbəri İosif Stalinin ölüm xəbərinin sovet vətəndaşlarına çatdırır.

Kədərli tonla oxunan xəbərdə 30 ilə yaxın SSRİ-yə rəhbərlik etmiş Stalinin ölüm səbəbi deyilir.

Səs yazısı internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Yazılan şərhlər birmənalı olmayıb.

Stalin 1953-cü il martın 5-də vəfat edib. Onun ölümü ilə SSRİ-də bütöv bir dövr başa çatıb. Bu illər sonradan “şəxsiyyətə pərəstiş” və repressiya illəri kimi tarixdə qalıb. Ölkəni ikinci dünya müharibəsindən qələbə ilə çıxaran Stalin həmçinin çoxmilyonlu repressiya qurbanlarının günahkarı kimi xatırlanır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan güləşçisi dünya çempionu olub

Sonrakı məqalə

“Araşdırılan bir cinayət işi ilə bağlı ifadə verdim” –