Şoyqu 12 gündür görünmür –Rusiya müdafiə naziri niyə gözdən itib?

Rusiya müdafiə naziri Sergey Şoyqu günlərdir ictimaiyyət arasına çıxmır. O, sonuncu dəfə martın 11-də Rusiyanın Ukraynaya təcavüzündə iştirak edən hərbçilərə dövlət mükafatlarının təqdim edilməsi mərasimində görüntülənib.

Azpost.info xəbər verir ki, Şoyqunun yoxa çıxmasına “Mediazona”nın jurnalisti Dmitri Treşanin diqqət çəkib. Onun sözlərinə görə, Şoyqu 12 gündür ictimaiyyət qarşısına çıxmır. Halbuki martın 11-dək demək olar ki hər gün xəbərlərdə görünürdü. Treşanin Şoyqunun ətrafındakı insanlara istinadən onun ürəyində problem olduğunu da yazıb.

Bununla yanaşı, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun da gözdən itdiyi deyilir. Son dəfə onunla bağlı xəbər martın 11-də Türkiyə Baş Qərargahının rəhbəri Yaşar Gülərlə telefon danışığı ilə bağlı yayılıb.

Azpost.info

Əvvəlki məqalə

Çubays Rusiyanı tərk edib –

Sonrakı məqalə

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –