Çubays Rusiyanı tərk edib –Putinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verib

Anatoli Çubays Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedib.

Bu barədə məlumatı Boolomberg iki mənbəyə istinadən yayıb. Məlumatda Çubaysın Rusiyanı tərk etdiyi də bildirilib.

TASS-dakı mənbə Çubaysın ölkədən getdiyini təsdiqləyib. Təsdiq olunmamış məlumatlara görə, hazırda Anatoli Çubays İstanbuldadır.

Qeyd edək ki, daha əvvəl Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Skolkovo Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib. 

Əvvəlki məqalə

Kraliça II Elizabet əlil arabasında görünmək istəmir –

Sonrakı məqalə

Şoyqu 12 gündür görünmür –