Şoyqunun müavini vəzifəsindən azad edildi- Yerinə təyinat oldu

Ordu generalı Dmitri Bulqakov Rusiya müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.

Azpost.info xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bulgakov qoşunların maddi-texniki təminatına cavabdeh idi. Onu bu vəzifədə general-polkovnik Mixail Mizintsev əvəzləyəcək.

“General-polkovnik Mixail Mizintsev Rusiya müdafiə nazirinin Silahlı Qüvvələrin maddi-texniki təchizatına cavabdeh müavini vəzifəsinə təyin edilib”, – nazirlikdən bildirilib.

Mizintsev buna qədər Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Avropa İttifaqı səfərbərlikdən yayınan rusları qəbul etməlidir”

Sonrakı məqalə

Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək