Şri-Lankada iqtisadi vəziyyətdən narazı olan bir qrup etirazçı prezident iqamətgahına daxil olub.
Azpost.info xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.
Məlumata görə, dövlət başçısı etirazçıların basqınları fonunda iqamətgahı tərk edib.
“Havada atəş səsləri eşidilir, gözyaşardıcı qazdan istifadə edilir”, – yerli “Daily Mirror” yazıb.
“Reuters” hücumun minlərlə iştirakçısı olduğuna dair məlumatları təsdiqləyir. Agentlik bildirir ki, bəzi etirazçılar Şri-Lanka bayraqları və dəbilqələri ilə iqamətgaha daxil olublar.
2022-ci ilin aprelində Şri-Lanka iqtisadi böhranla üzləşdi. Ekspertlər onu ölkə tarixindəki ən pis böhran kimi qiymətləndirdilər. Pandemiya fonunda turist qıtlığı səbəbindən ölkədə xarici valyuta qıtlığı yarandı, ölkə yanacaq alışı üçün ödəmə qabiliyyətini itirdi.
Daha sonra Şri-Lankada kütləvi etirazlar başladı, nəticədə hakimiyyət fövqəladə vəziyyət və qabaqlayıcı defolt elan etdi. Ölkənin xarici borcu 51 milyard dollara çatıb ki, bunun da 700 milyon dolları dövlət neft-qaz şirkəti “Ceylon Petroleum Corporation”ın borcudur.
Azpost.info