“SSRİ-ni bərpa etməyə çalışmırıq, o səhifə qapanıb” –PUTİN

“Rusiyanın imperiya ambisiyaları yoxdur”.

Bunu Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq Forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.
O, xarici medianı Rusiyanı düşmən obrazına çevirməməyə çağırıb. Putin qeyd edib ki, Rusiya SSRİ-ni dirçəltməyə çalışmır, o səhifə artıq qapanıb.

“Rusiyanın NATO-ya hücum etmək istədiyini iddia edən Qərb öz əhalisini aldatmağa və “imperiya mövqeyini” saxlamağa çalışır”, deyə Rusiya lideri vurğulayıb.

Putin əlavə edib ki, Rusiyanın NATO-ya hücum planları ilə bağlı bəyanatların müəllifləri axmaqdır və belə bəyanatların özü cəfəngiyyatdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.