SSRİ televiziyasının məşhur diktoru vəfat edib –

FOTO
30 Oktyabr 2021 - 12:22

SSRİ-nin və Rusiyanın əfsanəvi televiziya və radio aparıcısı, jurnalist İqor Kirillov 89 yaşında dünyasını dəyişib.

“RİA Novosti”i xəbər verir ki, məşhur diktorun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Kirillov “ən məşhur səs”in sahibi adlandırılırdı. 1961-ci ilin aprelində Yuri Qaqarinin uçuşunu elan edən şəxs Kirillov olub. O, Rusiyanın Qırmızı Meydanında qələbə paradlarının aparıcılığını edirdi.