Stalinin ölümqabağı son çıxışı:“İndi xalqların müstəqilliyini dollara satırlar” – VİDEO

Dekabrın 21-də SSRİ-nin qorxunc və əzəmətli rəhbəri hesab olunan İosif  Stalinin 140 yaşı tamam olub.

İnternetdə Stalinin ölümündən əvvəlki sonuncu çıxışının kinoxronikası yayılıb.

 Azpost.info bildirir ki, kadrlarda Stalinin 1952-ci ildə keçirilmiş Kommunist Partiyasının XIX qurultayında etdiyi çıxış yer alıb.

Stalin öz çıxışını qurultyada iştirak edən xarici ölkələrin kommunist partiyalarının başçılarına xitabən edir. Öz çıxışında SSRİ-nin dünya sosializm hərəkatında mühüm və avanqard rolunu vurğulayan Stalin bildirir ki, SSRİ Kommunist Partiyası digər qardaş ölkələrin partiyalarının dəstəyini özü üçün vacib sayır.

Daha sonra Stalin dünyada baş verən proseslərə toxunur və ikinci dünya müharibəsində faşist Almaniyasını təkbaşına darmadağın etdiklərini bildirir.

Stalinin çıxışında burjua-kapitalist sisteminin ideoloji dəyərləri barədə dedikləri də çox maraqlıdır.

SSRİ rəhbəri deyir ki, burjuaziya özünün əvvəlki dəyərlərindən tam imtina edib: “Əvvələr burjuaziya özü üçün liberal dəyərləri əsas götürür, burjua-demokratik azadlıqları dəstəkləyirdi. Bununla da xalq arasında özünə populyarlıq əldə edirdi.  Hazırda liberalizmdən əsər-əlamət qalmayıb.  Daha, necə deyərlər, onlar üçün “şəxsiyyət azadlığı”  yoxdur. Şəxsiyyət azadlığı hüququ yalnız o kəslərə tanınır ki, onların kapitalı var. Digər vətəndaşlar isə istismar olunmaq üçün insan ehtiyatı xammalı hesab olunur. “İnsanların bərabərliyi” ideyası tapdalanıb, o, istismarçı azlğın hüquqları ilə əvəzlənib.  Burjua demokratik azadlığı bayrağı arxa plana atılıb”.

Stalin vurğulayır ki, burjuaziya xalqla bağlarını tam qırıb: “Əvvələr burjuaziya millətin rəhbəri, başı hesab olunurdu. O, xalqın hüquqları və azadlığı uğrunda mübarizə aparırdı. İndi o prinsipdən əsər-əlamət qalmayıb. İndi burjuaziya xalqın müstəqilliyini və huquqlarını dollara satır. Xalqların milli müstəqillik və suverenlik bayrağı bir kənara tullanıb”.

Stalinin çıxışı dəfələrlə alqışlanır. Kinoxronikaya baxarkən Stalinin nitqinin ahəstəliyi və yavaş intonasiyası diqqəti çəkir. O, çıxış etdiyi müddətdə 4-5 dəfə su içir. Nitqini bitirdikdən sonra yavaş addımlarla Rəyasət Heyətinə doğru qalxır.

Xatırladaq ki, XIX qurultay 5-14 oktyabr 1952-ci ildə Moskvada SSRİ Ali Sovetinin iclas zalında keçirilib. Bu qurultay 13 illik fasilədən sonra keçirilirdi. Həmin vaxt Kommunist partiyasının 6 milyon üzvü, 900 min üzvlüyə namizədi olub. Qurultayda 1359 nəfər nümayəndə iştirak edib.

İosif Stalin bu çıxışdan cəmi beş ay sonra – 1953-cü ilin martın 6-da vəfat etdi. 1956-cı ilin fevralında keçirilmiş Kommunist Partiyasının XX qurultayında isə Stalinin şəxsiyyətə pərəstiş modeli ciddi tənqid edildi və stalinizm SSRİ tarixinin ən qara səhifəsi kimi qeyd olundu.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə parlamenti Liviya ilə qalmaqallı qanun layihəsini təsdiqlədi

Sonrakı məqalə

“Liverpul” ilk dəfə dünya çempionu olub