“Sülh müqaviləsinin tezliklə reallığa çevriləcəyini gözləyirik”- MİRZOYAN

Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketini öyrənəcək və müvafiq olaraq öz mövqeyini təqdim edəcək.

Azpost.info xəbər verir ki, bunu İrəvanda xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi brifinqdə deyib.

Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişinin əldə olunması ehtimalı ilə bağlı bir çox beynəlxalq aktorların nikbinliyini bölüşür: “Erməni tərəfi müsbət siqnallar görür, o cümlədən son vaxtlar əsirlərin mübadiləsi və s. məsələlər kimi”.

Nazir çoxsaylı çətinliklər və problemlərin hələ qaldığını, bununla belə imkan pəncərəsinin mövcud olduğunu bildirib.

Mirzoyan sülh müqaviləsinin tezliklə reallığa çevriləcəyini gözlədiyini qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Gələn ilin əvvəlində Bakı ilə İrəvan arasında sülhə nail olmaq mümkündür –

Sonrakı məqalə

“Kanal13” -ün rəhbəri Əziz Orucov ev dustaqlığına buraxılmayıb