“Sülhməramlı qüvvələr, demarkasiya xətti və sərhədin açılması…” –Putin üçtərəfli görüşün prioritetlərini açıqladı (VİDEO)

“Bu günkü görüşdə Üçtərəfli Bəyanata uyğun olaraq tənzimlənmənin sonrakı addımlarını müzakirə etmək lazımdır. Bu, çox mühümdür”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Azərbaycan,Ermənistan və Rusiya liderlərinin görüşündən öncə çıxışında bildirib.

“Bura rus sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı məsələ, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, mədəni abidələrin qorunması ilə bağlı humanitar məsələlərin həlli aiddir”.

Putinin sözlərinə görə, həmçinin xüsusi olaraq iqtisadi, nəqliyyat, ticarət əlaqələrinin, sərhədlərin açılmasına diqqət veriləcək. Bununla bağlı hökumətlərarası xüsusi işçi qrupu yaradılacaq: “Bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin rəhbərlik edəcəyi üçtərəfli hökümətlərarası işçi qrup məşğul olacağı nəzərdə tutulur”.

Putin görüşü qəbul etdikləri üçün İlham Əliyevə və Nikol Paşinyana təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kremldə Putin, İlham Əliyev və Paşinyanın üçtərəfli görüşü başlanıb

Sonrakı məqalə

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları görüşəcək