“Sülhməramlılar 27 postda monitorinq aparır” –Rusiya Müdafiə Nazirliyi 

Rusiya sülhməramlılarının mobil qrupları Qarabağda patrul xidmətini yerinə yetirməkdə davam edirlər.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Məlumatda qeyd olunur ki, patrul xidməti atəşkəs rejiminə əməl olunmasına və ayırıcı nöqtələrdə təxribat hərəkətlərinin qarşısını alınmasına nəzarət edir.

Sülhməramlı kontingentin nümayəndəsi Aleksandr Mişenkonun məlumatına görə, rus patrul dəstələri müxtəlif marşrutlar üzərə Ağdərə, Əskəran, Şuşa rayonlarında və Laçın dəhlizində gündəlik xidməti həyata keçirirlər.

Patrul qrupları müasir zirehli texnika olan BTR-82A-larda və URAL maşınlarında sülhməramlıalrın səlahiyyət zonalarında olan rayonlarda nəzarəti həyata keçirir.

Sülhməramlılar 27 müşahidə postlarında gündəlik monitorinq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İTV Yayım Şurasında icra başçısı Mirhəsən Seyidovun yerinə yeni namizədlər irəli sürülüb

Sonrakı məqalə

Prezident Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoydu