Sumqayıtda ər arvadını bıçaqlayıb

Sumqayıtda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında şəhərin 14-cü məhəlləsində qeydə alınıb. 36 yaşlı Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı, 43 yaşlı Elmira Aydın qızı Məmmədovanı bıçaqlayıb. E. Məmmədova çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Sumqayıtda bıçaqlanan qadın əməliyyat olunub.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən APA-ya bildirilib ki, şəhərin 14-cü məhəlləsi ərazisində ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına oktybarın 19-da saat 09:10 radələrində 1984-cü il təvəllüdlü Elvira Məmmədova bədənin çoxsaylı kəsilmiş, deşilmiş yaraları ilə daxil olub. Hadisə zamanı vurulan zərbələrdən ikisi döş və qarın boşluğuna nüfuz edib. Əməliyyat olunan E.Məmmədova Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Eyni zamanda E.Məmmədovanın həyat yoldaşı 1987-ci il təvəllüdlü Mehman Rüstəmov da aldığı xəsarət səbəbilə tibb müəssisəsinə gətirilib. Ona xaya kisəsinin cırılması diaqnozu qoyulub və əməliyyat olunub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.

 

 

Əvvəlki məqalə

“Paşinyan iri addımlarla Zelenskinin yolunu gedir” –

Sonrakı məqalə

Xarici aviaşirkətlər Azərbaycan bazarına niyə gəlmir? –