Sumqayıtda 56 yaşlı kişi dənizdə batıb

56 yaşlı kişi dənizdə batıb.

APA xəbər verir ki, hadisə Sumqayıt ərazində yerləşən çimərliklərin birində baş verib.

Şabran rayon sakini, 1967-ci il təvəllüdlü Mahir Saməddin oğlu Ağagülov dənizdə çimərkən boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

Əvvəlki məqalə

Vəhdəti nümayiş etdirən Aşura

Sonrakı məqalə

Quranın yandırılmasına görə, Danimarka XİN böhran qərargahını işə salıb