Sumqayıtda kanalizasiya sistemi yenidən qurulacaq- 41 milyonluq müqavilə imzalandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq.

İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.

Əvvəlki məqalə

Rusiyanın İsveçdəki səfirliyinin ərazisinə dron vasitəsilə boya atılıb

Sonrakı məqalə

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb