Sumqayıtda qətl hadisəsi törədilib

Dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan bildirilib ki, prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

Əvvəlki məqalə

Bu saziş Aİ ilə Cənubi Qafqaz arasında ticarət imkanlarını genişləndirəcək-

Sonrakı məqalə

“Putin belə davam edə bilməyəcəyini başa düşməlidir”