Sumqayıtda yeniyetmə qəflətən ölüb

Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir.

Hadisə bu gün səhər saatlarında baş verib.

Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.

Əvvəlki məqalə

İsrail ordusu 25 HƏMAS fəalını saxlayıb

Sonrakı məqalə

Azərbaycan son 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub