Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcova ölüb, 4 nəfər isə xəsarət alıb.
Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.