Sumqayıtın bəzi yerlərində su olmayacaq –XƏBƏRDARLIQ

May ayının 1-3-ü tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işləri aparılacaq.

Bu barədə  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd edilir ki, Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.