Böyük Britaniya Baş naziri və Mühafizəkarların lideri Rişi Sunak ölkədə keçirilən parlament seçkilərində Leyboristlər partiyasının qalib gəldiyini təsdiqləyib.
Azpost.info xəbər verir ki, “Sky News”a açıqlamasında o, hökumət başçısı postunu tərk edəcəyini də qeyd edib.
Sunak bildirib ki, partiyasının məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürür.
“Mən indi Londona gedəcəyəm və baş nazir vəzifəsindən getməzdən əvvəl orada daha ətraflı məlumat verəcəyəm”, – Sunak deyib.
Azpost.info