“Süni intellekt bəşəriyyətin ölümünə səbəb ola bilər” –İLON MASK

Süni intellektin sistemli və davamlı inkişafı bəşəriyyətin ölümünə səbəb ola bilər. Bu ehtimalı təxminən 20% təşkil edir.

Azpost.info bildirir ki, bu sözləri SpaceX və Tesla şirkətlərinin rəhbəri İlon Mask deyib.

Bununla yanaşı o hesab edir ki, hələ də belə riskə getməyə dəyər.

Business Insider-in məlumatına görə, Los-Ancelesdə süni intellektə həsr olunmuş dördgünlük Sammitdə çıxışı zamanı Mask qeyd edib ki, o, alim və süni intellekt sahəsində əsas tədqiqatçılardan biri Cefri Hintonun qiymətləndirməsi ilə razıdır: “Düşünürəm ki, süni intellektin bəşəriyyəti məhv edəcək şansı var. Mən Hinton ilə razıyam, bu risk təxminən 10% və ya 20% və ya daha çoxdur. Amma  düşünürəm ki, ehtimal olunan müsbət ssenari mənfi ssenarini üstələyir”.

Süni intellekt tədqiqatçısı və Louisville Universitetinin kibertəhlükəsizlik laboratoriyasının direktoru Roman Yampolski də süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə yarada biləcəyinə inanır. Üstəlik, onun fikrincə, bu risk Maskın açıqladığı rəqəmdən daha yüksəkdir.

Business Insider ilə söhbətində o qeyd edib ki, süni intellektin bəşəriyyət üzərində nəzarəti, onun yeni bioloji silahlar yaratması və ya irimiqyaslı kiberhücum və ya nüvə müharibəsi nəticəsində cəmiyyətin dağıla bilər.  Yamplosky bu riski “99,999999%” olaraq qiymətləndirir. Onun sözlərinə görə, qabaqcıl süni intellektə nəzarət etmək mümkün olmayacaq, bəşəriyyətin yeganə ümidi belə bir süni intellekt yaratmamaqdır.

Əvvəlki məqalə

Bibisinin evindən 27 500 manat oğurlayan Lənkəran sakini saxlanılıb

Sonrakı məqalə

Sabah hava necə olacaq?