Bu gün insan gücünə ehtiyacı olan bir çox işin gələcəkdə süni intellekt və maşınlar tərəfindən görüləcəyi iddia edilir. Ancaq insanı əvəz etməyin mümkün olmadığını düşünənlər də var. Bəs hansı peşə təhlükə altındadır?
Avtomatlaşdırma və süni intellekt sahəsindəki irəliləyişlər insanların rifah səviyyəsini yaxşılaşdırmaq potensialına malikdir. Stiven Hokinq və İlon Mask bu irəliləyişin iqtisadiyyatımızı və bəşəriyyətimizi məhv etmək ehtimalının olduğunu bildirir.
Ən böyük risklərdən biri peşələrin gələcəyi ilə bağlıdır.
Dünya İqtisadi Forumu bu yaxınlarda mövzu ilə bağlı hesabat yayıb.
Süni intellekt və robototexnika sahəsindəki sürətli inkişaflardan qidalanan maşınların potensial olaraq mövcud insan işlərinin böyük bir hissəsini əvəz edə biləcəyi qənaətinə gəlinib.
Mövzu ilə bağlı araşdırmalar 26 ölkədə 15 fərqli sektorda aparılıb. 2025-ci ildə insanlar və maşınlar arasında yeni iş bölgüsü səbəbindən orta və böyük müəssisələrdə 85 milyon iş yerinin ixtisar ediləcəyi təxmin edilir.
Araşdırmaya görə, sənayelərdə hər 100 işdən 52-si maşınlar, 48-i isə insanlar tərəfindən görüləcək.
Keçmişdə olduğu kimi bəzi yeni iş yerləri açılsa da, xüsusən də zaman keçdikcə, ağıllı maşınların qiyməti azaldıqca və onların imkanları artdıqca onlar da kifayət etməyəcək.
Beynəlxalq Robototexnika Federasiyası (IFR) sənaye robotlarının artımının hər il orta hesabla 14 faiz sürətlənəcəyini proqnozlaşdırır.
Hər biznes eyni səviyyədə risk altında deyil.
Müştəri xidmətləri işçiləri, mühasiblər, resepşnlər, redaktorlar, pərakəndə xidmət işçiləri işlərini itirmək riski altında olan qruplar arasındadır.
Müəllimlər, idarəçilər, siyasətçilər, din xadimləri, psixoloqlar, psixiatrlar, cərrahlar, rəssamlar və yazıçılar ən az risk təşkil edən qrupdadırlar.
Bu fikri dəstəkləyənlərin sayı kifayət qədər çoxdur, amma bunun əksini düşünənlər də var.”SAS” şirkəti kompüterlərin bizi əvəz edə blmədiyi kimi, süni intellekt və robotların da bizi əvəz edə bilməyəcəyini bildirir.
Azpost.info