‘Süni intellekt’ Türkiyədə xəbər təqdim etməyə başladı –VİDEO

Süni intellekt texnologiyası ilə hazırlanmış robot serverlər Türkiyədə də istifadə olunmağa başlanılıb.

Sözügedən məsələ sosial mediada ciddi müzakirələrə yol açıb.

Gündəmlə bağlı ən son məlumatları çatdıran robot aparıcı Alexa xəbər təqdimatı ilə diqqət çəkib.

“Sizinlə eyni dildə danışsaq da, bəzən dilimi sürüşdürə bilirəm. Ümid edirəm ki, məni bəyənirsiniz və izləməyə davam edərsiniz”,-deyə Alexa bildirib.

Alexa-nın hər xəbərdə fərqli geyimlər geyinməsi, makiyajını və saç düzümünü dəyişməsi də diqqət çəkir. Klassik medianı gələcəyin texnologiyası olan süni intellektlə birləşdirməyi hədəfləyən layihə böyük maraq doğurub.

 

Əvvəlki məqalə

Azərbaycanda Ramazan bayramıdır

Sonrakı məqalə

Heydər Əliyev və Qafqaz müsəlmanları