Suraxanı Rayon 32-ci Polis Bölməsinə yeni rəis təyin olunub 

24 Aprel 2020 - 10:08

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Məhəmməd Əhmədbəyli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən gün Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyevin işdən azad olunması barədə məlumat yayılmışdı. (Oxu. az)