“Suriya ölkənin şimal rayonlarını işğal altında saxlamaqda davam edən Türkiyə ilə münasibətləri normallaşdıra bilmir”.
Azpost.info xəbər verir ki, bunu Suriya xarici işlər naziri Feysəl Miqdad Dəməşqdə iranlı həmkarı Əli Baqiri Kani ilə birgə mətbuat konfransında deyib.
“Ankara ilə hər hansı dialoqun əsas şərti Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılmasıdır. Biz Türkiyənin işğal olunmuş torpaqlarımızdan çıxması ilə bağlı dəqiq öhdəlik götürmək istəyirik”, – nazir bildirib.
Baqiri Kani də öz növbəsində qeyd edib ki, İran Suriyanın ərazi birliyini və onun bütün ərazilərdə suverenliyinin bərpasını dəstəkləyir: “İran terrorizmin kökünü kəsmək üçün apardıqları mübarizədə Suriya və İraq hökumətləri ilə həmrəydir”.
Azpost.info