Sürücüsü olmayan avtobus piyadaları vurub-Ölən və yaralananlar var

Qazaxıstanın cənubunda, Çimkənt şəhərində sürücüsüz avtobus üzüaşağı hərəkət edərək piyadaları vurub. Qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 8-də baş verib. “Metro” ticarət mərkəzinin ərazisində iki küçənin kəsişməsində sürücüsüz avtobus əks istiqamətə çıxaraq səkidə olan 6 piyadanı vurub.

İki qadın və bir yeniyetmə hadisə yerində, bir qız xəstəxanada ölüb. Daha iki nəfər isə tibb müəssisəsində müalicə olunur.

İstintaqın məlumatına görə, sürücü avtobusu marşrutun son dayanacağında qoyub və dayanacaq əyləcini çəkib. Sürücü maşından çıxdıqdan sonra avtobus maili yolda hərəkətə gələrək piyadaları vurub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.