“Şuşa Bəyannaməsi Türkiyə ilə əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”

“Əziz qardaşım, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

“4 ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”, – deyə Dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar –

Sonrakı məqalə

“Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin reallaşması üçün addımlar atır”