E. Zahidov onu da bildirib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.
Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixdə erməni işğalından azad edilib.
Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb- Komendant təyin olunub
Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.
Şöbə əməkdaşları artıq işğaldan azad edilmiş Şuşa şəhərindədir. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür:” Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub”.
Əlaqəli xəbərlər
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
Növbəti xəbər yüklənir...