Şuşa Real Məktəbində təhsil nə vaxt başlayacaq?

Şuşa Real Məktəbinin fəaliyyət istiqamətləri bəlli olub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Şuşada jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, Şuşa Real Məktəbi həcm etibarilə Şuşanın ən böyük tarixi abidəsidir:

“Burada bərpa işləri aparılır. Bizim planlarımıza görə, 2026-cı ildə orada təhsil başlayacaq. Daha çox incəsənət və mədəniyyət istiqamətində ixtisasların olması planlaşdırılır. Eyni zamanda, bu müəssisə orta ixtisas və ali təhsil verən qurum olaraq fəaliyyət göstərəcək”.

Nazir əlavə edib ki, bura orta məktəb olmayacaq:

“Təhsil müəssisəsində ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək. Şuşadakı bütün təhsil müəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq, filial və ya kollec formasında ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra bu barədə daha çox şey deyə bilərik”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.