“Şuşada axşamlar yanar ulduzlar…”-

"Azərişıq" şəhəri elektrik enerjisi ilə təmin etdi
16 Yanvar 2021 - 14:33

Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub.

“Azərişıq” ASC-dən verilən məlumata görə, şəhərin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoyublar. Məhz rəşadətli Ordumuzun düşməni qovması nəticəsində 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.