Şuşaya qar yağıb, Xocavəndə və Füzuliyə dolu düşüb

Faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 17:00-a olan məlumatına əsasən, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəy rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 mm olan dolu düşüb.

Əvvəlki məqalə

Patriarx Kiril Çexiyanın milli sanksiyalar siyahısına daxil edildi

Sonrakı məqalə

Paytaxtda 151 avtobusun hərəkət intervalında gecikmələr var