“Suverenliyə hörməti sözdə deyil, real danışıqlarda əksini tapmalıdır” –CEYHUN BAYRAMOV

Bugünkü görüş zamanı regional məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Tərəfimizdən post-münaqişə dövründə bölgədə yaranmış yeni imkanlar barədə Azərbaycan dövlətinin baxışları xanım nazirin diqqətinə çatdırıldı. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsində atılan addımlarının məhz Azərbaycan liderinin təşəbbüsü olması, 2022-ci ildə sülh müqaviləsinin özəyini təşkil edən 5 baza prinsipinin məhz Azərbaycan tərəfindən təqdim edilməsi, 2022-ci ilin oktyabrında danışıqların birinci raundunda məhz Azərbaycan tərəfindən sülh müqaviləsinin ilkin layihəsinin hazırlanması və təqdim olunması diqqətə çatdırıldı”, – nazir əlavə edib.

Ceyhun Bayramovun sözlərinə görə vacib məqam ondan ibarətdir ki, işğal faktına son qoyulandan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyünə və suverenliyinə hörməti yalnız sözdə və bəyanatlarda deyil, o cümlədən real danışıqlarda əksini tapması prosesin irəliləməsi üçün önəm kəsb edir.

“Azərbaycan tərəfi bu istiqamətdə bütün zəruri addımları atır”, – nazır əlavə edib.

Əvvəlki məqalə

Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır –

Sonrakı məqalə

Azərbaycanla əlaqələrin dərinləşməsini istəyirik